Oktyabrın 25-dən 27-dək Albaniyanın paytaxtı Tiranada 23 yaşadək gənclər arasında sərbəst güləş üzrə dünya çempionatı keçirilib və yekunda İran yığması Mehdi Yusifi 79 kq, Əmirhüseyn Firuzpur 92 kq, Əmirrza Məsumi 125 kq qızıl, 97 kq çəkidə Mehdi Hacılıyan gümüş, 57 kq çəkidə Əli Mömini, 61 kq çəkidə İbrahim Xari və 70 kq çəkidə Abbas İbrahimzadə bürünc medal qazanıb.
İran komandası 23 yaşadək gənclər arasında keçirilən dünya çempionatı tarixində ilk dəfə çempion titulunu qazanıb.
Komanda hesabında İran 158 xalla birinci, Azərbaycan Respublikası 98 xalla ikinci, Yaponiya isə 98 xalla üçüncü pillədə qərarlaşıb.
İranın gəncləri dünya güləş çempionatında uğurlu çıxış ediblər
28 oktyabr 2024 at 09:46
Xəbər kodu:
85641675
Tehran - İRNA - Ölkəmizin sərbəst güləş yığması ilk dəfə olaraq 23 yaşadək gənclər arasında sərbəst güləş üzrə dünya çempionu olub.
Sizin rəyiniz